EFE Qurban Qurbanovla bağlı yazı dərc etdi
İdman
16.09.2025 16:00
İspaniyanın EFE informasiya agentliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı yazı hazırlayıb.
TodayPress TV xəbər verir ki, məqalədə Qurbanovun UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində çıxış edən klubların məşqçiləri arasında bir komandaya ən uzun müddət başçılıq edən mütəxəssis olduğu göstərilib.
2008-ci ildən “Qarabağ”ın sükanı arxasında olan mütəxəssislə bu göstəricidə yalnız 2011-ci ildən “Atletiko” klubunu çalışdıran argentinalı Dieqo Simeonenin müqayisə oluna biləcəyi qeyd edilib.
Məqalədə, həmçinin Ağdam təmsilçisinin Qurban Qurbanovun rəhbərliyi altında ardıcıl 12 il avrokubokların, ikinci dəfə isə Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığı diqqətə çatdırılıb. “Köhlən atlar”ın 2017-2018-ci illər mövsümündə ÇL-in qrup mərhələsində “Atletiko” ilə keçirdiyi uğurlu oyunlara (0:0, 1:1) toxunulub.
Yazıda məşqçinin hakimlərin işini tənqid etmədiyi, nümunəvi davranışına görə “Fair Play” mükafatı alması da vurğulanıb.
Namiq HUN
tag: EFE,Qurban Qurbanov,Yazı,Dərc,Todaypress.tv,