De la Fuente: “Ronaldunun oyununa heyranam”

İdman

07.06.2025 11:30

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının finalında Portuqaliya ilə keçiriləcək oyun öncəsi açıqlama verib. 

TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis qarşıdakı görüşün çətinliyini və rəqib futbolçuların səviyyəsini xüsusi vurğulayıb.

“Finalda iki futbol supergücünü görəcəyik. Portuqaliya millisinin baş məşqçisi ilə aramızda əla münasibət var. Biz dostlara qarşı oynayacağıq, amma Ronaldu oyunun əfsanəsidir. Onun oyununa sonsuz heyranam. Belə yaşda futbol oynamaq və bu səviyyədə çıxış etmək, inanılmazdır.

Portuqaliya çox çətin rəqibdir. Bu matç dünya çempionatının finalı olmağa layiq qarşılaşmadır. Bazar günü tarix yazmaq şansımız var”, - de la Fuente deyib. 

Qeyd edək ki, Portuqaliya - İspaniya matçı iyunun 8-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

tag: Ronaldo,Futbol,Oyun,Portuqaliya,Todaypress.tv,