Aleksandr Oveçkin: “Çox tez oldu. Bu məğlubiyyət ağırdır”
ABŞ Milli Hokkey Liqasının (NHL) pley-off mərhələsinin 1/4 final mərhələsində “Vaşinqton Kapitals” klubu “Karolina Harikeynz”ə 1:3 hesabı ilə uduzaraq Stenli Kuboku uğrunda mübarizədən kənarda qalıb.
TodayPress TV NHL-in rəsmi saytına istinadən xəbər verir ki, Vaşinqton təmsilçisinin kapitanı, rusiyalı hücumçu Aleksandr Oveçkin oyundan sonra emosional açıqlama verib:
“Bəli, bu, əlbəttə ki, çox çətindir. Bizim xüsusi komandamız var və sözsüz, imkanlarımız oldu. Amma imkanlardan istifadə edə bilmədik, şans tərəfimizdə deyildi. Məncə, biz pis oynamadıq. Qalib gəlmək üçün çox gözəl imkanlarımız oldu, amma bu məğlubiyyət ağırdır.”
Qeyd edək ki, seriyanın beşinci matçında “Vaşinqton Kapitals” “Karolina Harikeynz”ə 1:3 hesabı ilə məğlub olaraq seriyanı (1:4) uduzub və NHL-in pley-off mərhələsində mübarizəni dayandırıb.
Xatırladaq ki, Aleksandr Oveçkin pley-off mərhələsində keçirdiyi 10 oyuna 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Müntəzəm mövsümdə “Vaşinqton Kapitals” NHL-in Şərq Konfransının lideri olub .
Namiq HUN
tag: Oveçkin, Uğur, Qol,Komanda,Todaypress.tv,