Daha iki cüdoçumuz medal qazandı

İdman

14.10.2025 09:06

Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb.

TodayPress TV xəbər verir ki, son yarış günündə daha 2 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Murad Fətiyev (90 kq) beş aylıq fasilədən sonra qayıdışını gümüş medalla qeyd edib.

Ən ağırların mübarizəsində isə Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıb. Bu, 21 yaşlı cüdoçumuzun Dünya Turu Seriyasında qazandığı ilk medal kimi əlamətdar olub.

Nəticədə cüdo millimiz Qran-pri turnirini 7 medalla bitirib.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Rəşad Yelkiyev, Ruslan Paşayev (hər ikisi 66 kq), Ömər Rəcəbli (81 kq) və Könül Əliyeva (48 kq) bürünc medal qazanıblar.

Namiq HUN

TodayPress TV

tag: Cüdo,İdman,Yarış,Qələbə,Todaypress.tv,

photo