Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi start götürəcək
İdman
19.09.2025 09:08
Dünya çempionatının Bakı mərhələsinin ilk günündə iki sərbəst yürüş keçiriləcək.
TodayPress TV xəbər verir ki, sayca 9-cu olacaq yarışda əvvəlcə “Formula 2” kateqoriyasında sərbəst yürüş baş tutacaq.
Daha sonra “Formula 1” kateqoriyasında ilk sərbəst yürüş, gün ərzində isə “Formula 2”də sıralama turu, ardınca “Formula 1”də ikinci sərbəst yürüş başlayacaq.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi üç gün davam edəcək. Sentyabrın 20-də “Formula 1” üzrə sərbəst yürüşlər və “Formula 2” üzrə sprint yarışı keçiriləcək. Sentyabrın 21-də isə əsas yarış baş tutacaq.
Azərbaycan Qran Prisinədək “Maklaren” pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) üçüncüdür.
Konstruktorlar Kubokunda isə “Maklaren” komandası 617 xalla liderdir. “Ferrari" ikinci (280 xal), “Mersedes” (260 xal) üçüncü pillədə qərarlaşıb.
Namiq HUN
tag: Qran-pri,Azərbaycan,Formula,Yarış,Todaypress.tv,