Virts “Bavariya”nı seçdi
İdman
20.05.2025 11:45
Dünya futbolunun ən istedadlı gənc oyunçularından biri sayılan Florian Virts karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib.
TodayPress TV məşhur jurnalist Saşa Tavolyeriyə istinadən xəbər verir ki, “Bayer” Leverkuzenin 21 yaşlı yarımmüdafiəçisi “Bavariya”nın təklifini qəbul edib.
Almaniyalı futbolçunun qərarı barədə digər əsas iddiaçı “Mançester Siti”yə artıq məlumat verilib.
“Şəhərlilər” transfer planlarını dəyişdirərək “Barselona”nın futbolçusu Dani Olmo ilə maraqlanmağa başlayıb.
Virtslə daha əvvəl “Liverpul” və “Real Madrid” klubları da maraqlanırdı. Gənc ulduz isə Bundesliqada qalmağa üstünlük verib.
Qeyd edək ki, cari mövsüm Florian Virts “Bayer”in heyətində 45 oyunda 16 qol vurub və 15 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.
Namiq HUN
tag: Virts,Bavariya,Transfer,Klub,Todaypress.tv,