Rodrigo “Liverpul”un təklifini qəbul etdi
İdman
02.08.2025 09:20
“Liverpul” klubu Madrid “Real”ının ulduz futbolçusu Rodriqo Qoesin transferi ilə bağlı razılıq əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, “Liverpul” braziliyalı hücumçunun nümayəndələri ilə şəxsi müqavilə şərtlərini müzakirə edib. Rodriqo da təklif edilən şərtləri qəbul edib.
24 yaşlı futbolçu daha əvvəl İngiltərənin “Tottenhem” klubunun maraq dairəsində olub.
Qeyd edək ki, 2024/25 mövsümündə Rodriqo “Real”ın heyətində bütün turnirlərdə 54 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “kral klubu” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında forvardın bazar dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN
tag: Liverpul,Real Madrid,Rodriqo Qoes,Klub,Todaypress.tv,