ÇL: “Real” Mbappeni ehtiyatda saxlayacaq

İdman

30.09.2025 17:15

“Real Madrid” klubu hücumçusu Kilian Mbappeni Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin II turunda “Kayrat”a qarşı matçda start heyətində meydana buraxmayacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, “kral klubu”nun məşqçilər korpusu fransalı forvarda istirahət vermək qərarına gəlib və Mbappe qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kayrat” və “Real Madrid” komandalarının görüşü Almatının “Mərkəzi” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.

Xatırladaq ki, turnirin ilk turunda “Real Madrid” “Marsel” üzərində 2:1 hesablı qələbə qazanıb, “Kayrat” isə “Sportinq”ə 1:4 hesabı ilə məğlub olub.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Kilian Mbappe,Ehtiyat,Futbol,Todaypress.tv,