“Benfika”nın yetirməsi Tovuzda forma geyinəcək

İdman

19.06.2025 17:22

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirir.

TodayPress TV xəbər verir ki, bölgə təmsilçisi David Xose Qomes Oliveira Tavareşlə müqavilə imzalayacaq.

26 yaşlı yarımmüdafiəçi 2018-ci ildə “Benfika”nın B komandasında forma geyib. O, 1 il sonra Lissabon təmsilçisinin əsas komandasına cəlb olunsa da, əsas heyətdə möhkəmlənə bilməyib. 

Tavareş 2020-2021 mövsümünü icarə əsasında “Moreirense”də keçirib. Daha sonra “Famalikao” klubuna keçən Tavareş 2023-2024 mövsümündə icarə əsasında “Torreense”də top qovub. 

O, son mövsümdə Rumıniyada legioner həyatı yaşayıb. “Qloria Buzau”da 27 matça çıxan Tavareş 1 qol vurub.

Orta xətt oyunçusu Portuqaliyanın U-17, U-18 və U-19 yığmalarında çıxış etsə də, 2023-cü ildən Kapo-Verde millisində forma geyir.

Futbolxeber.az

Namiq HUN

tag: Turan,Tovuz,Klub,Transfer,Todaypress.tv,