"Bavariya" Portuqaliyalı hücumçunu transfer etmək istəyir

İdman

08.06.2025 17:40

Almaniyanın "Bavariya" klubu "Milan"ın və Portuqaliya millisinin hücumçusu Rafael Leaonu transfer etmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Pedro Almeyda məlumat paylaşıb.

Onun sözlərinə görə, Münhen klubu yaxın vaxtlarda 25 yaşlı futbolçunun transferi üçün İtaliya təmsilçisinə 100 milyon avro təklif edəcək.

Qeyd edək ki, R.Leao 2019-cu ilin yayında 49,5 milyon avroya "Lill"dən (Fransa) "Milan"a keçib. Forvard son mövsümdə klub səviyyəsində 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

tag: Almaniya,Bavariya,Milan,Portuqaliya,todaypress.tv,