Sabiq qolkiper klub rəhbərliyini təhdid etdi

İdman

07.06.2025 16:53

Ağsunun “Difai” futbol klubu sabiq qolkiperi Aleksandr Prikrostovu məhkəməyə verəcək.

TodayPress TV xəbər verir ki, futbolçu sosial media hesabından ayağının işləmədiyini, həkim tərəfindən əməliyyat olunduğu zaman çirk olduğunu və bu səbəbdən ayağını itirəcəyini bildirib.

O, həmçinin sosial şəbəkə hesabından klub tərəfindən ona dəstək olunmadığını bildirib və təzminat ödənilməsini tələb edib.

Mövzu ilə bağlı araşdırma zamanı məlum olub ki, məsələ tamamilə fərqlidir.

Klub idmançıya sponsoru olan xəstəxanaya yerləşdirilməsini təklif edib, o isə başqa klinikaya keçirilməsini tələb edib.

“Difai Ağsu” rəsmiləri futbolçunun oyun və ya məşq prosesi zamanı xəsarət almadığını, şəxsi evində dizindən zədələndiyini bildiriblər. Müqavilədə belə olduğu halda maliyyə dəstəyi verməli olmadıqları göstərilib.

Məlumata görə, hətta futbolçu klubu AFFA-ya şikayət edib və qarşı tərəf 7 256.13 manat məbləğində təzminatı futbolçuya ödəyib. O, isə klub rəhbərliyini təhdid edərək daha artıq məbləğ tələb edib.

(Oxu.az)

Namiq HUN

tag: Qapıçı,Klub,Təhdid,Rəhbərlik,Todaypress.tv,