Basketbolçuya qan xərçəngi diaqnozu qoyuldu

İdman

17.06.2025 10:07

İtaliyanın “Virtus” (Bolonya) basketbol klubunun 33 yaşlı oyunçusu Açille Polonaraya qan xərçəngi diaqnozu qoyulub. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Polonara əvvəllər bədxassəli şiş ilə bağlı əməliyyat keçirib və daha sonra meydanlara qayıdıb. Lakin sonuncu müayinələr nəticəsində onda yeni bir xəstəlik - mieloid leykoz aşkar edilib. 

Klub rəhbərliyinin hazırda xəstəxanada müalicə alan təcrübəli basketbolçu ilə bağlı açıqlamasında deyilir:

“Açille əlavə müayinədən keçdi və nəticələrə əsasən onda mieloid leykoz aşkarlandı. O, xəstəxanaya yerləşdirilib və lazımi müalicəni alır. “Virtus” ailəsi olaraq biz ona tam dəstəyimizi bildiririk və tezliklə sağalmasını arzulayırıq”.

Qeyd edək ki, Açille Polonara 2023-cü ildən “Virtus” klubunda çıxış edir. Basketbolçu karyerası ərzində o, İspaniyanın “Baskoniya”, Türkiyənin “Fənərbağça” və “Anadolu Efes”, eləcə də Litvanın “Jalgiris” klublarında oynayıb.

Namiq HUN

tag: Açille Polonara,Basketbol,Xərçəng,Diaqnoz,Todaypress.tv,