Bakıda ISU-nun Qran-Pri yarışı keçirilir
İdman
24.09.2025 16:40
Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışı start götürüb.
TodayPress TV xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan Qran-Pri yarışı 3 gün davam edəcək.
“ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışında 38 ölkədən 92 idmançı iştirak edəcək. Qran-prinin ilk günündə kişilər və qadınlar qısa proqram üzrə çıxış edəcəklər.
Sentyabrın 25-də kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər. Sentyabrın 26-da isə qadınlar sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxışlarını təqdim edəcəklər.
Namiq HUN
tag: Bakı,İSU,Qran-pri,Yarış,Todaypress.tv,
