Qızıl medal bir anlıq səhvə qurban getdi - Olimpiya medalçısından AÇIQLAMA

Qızıl medal bir anlıq səhvə qurban getdi - Olimpiya medalçısından AÇIQLAMA
08.11.2026 09:15 İdman

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə gümüş medal qazanan Nihad Süleymanlı yarışla bağlı təəssüratlarını bölüşüb və gələcək hədəflərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, idmançı qızıl medal qazanmaq şansı olsa da, həlledici məqamda etdiyi kiçik səhvin nəticəyə təsir göstərdiyini bildirib.

“Şükürlər olsun ki, gümüş medal qazandım. Bu nəticə qızıl medal da ola bilərdi, lakin təəssüf ki, bir anlıq səhv səbəbindən ikinci yeri tutdum. Lakin bu son deyil. Qarşıda bizi daha mötəbər yarışlar gözləyir və inşallah bu gümüşü qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm”, – deyə Nihad Süleymanlı qeyd edib.

Rəqibi ilə qarşılaşmasına da toxunan güləşçi hər yarışın idmançı üçün böyük təcrübə olduğunu vurğulayıb. O, Bakıda keçirilən dünya çempionatında çempion olduğu zaman builki rəqibinin ilk üçlükdə yer almadığını xatırladıb.

Süleymanlı bu dəfə rəqibinin uğurlu çıxışının və özünün bir anlıq səhvinin nəticəyə təsir etdiyini bildirib.

İdmançı gələcək beynəlxalq turnirlərdə daha yüksək nəticələr əldə etmək və Azərbaycanı layiqincə təmsil etmək üçün hazırlıqlarını davam etdirəcəyini söyləyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər