Azərbaycan idmançıları Batumidə iki medal qazandılar
Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə keçirilən beynəlxalq super sprint reqatası Azərbaycan idmançılarının uğurlu çıxışı ilə yekunlaşıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan Su İdmanı Federasiyasından verilən məlumata görə, noyabrın 7-də başa çatan yarışda idmançılarımız 1 gümüş və 1 bürünc medal əldə ediblər.
100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü, Amil Ramazanov isə kayak qayığında ikinci yerdə keçib.
Beləliklə, Azərbaycan təmsilçiləri beynəlxalq reqatanı iki medalla başa vurublar.
Kübra Musayeva