Azərbaycan boksçuları MDB Oyunlarında 24 medal qazandı
İdman
05.10.2025 20:30
III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarının final döyüşləri keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medal qazanıblar.
Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, dünən qadın boksçularımız 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanmışdılar.
Beləliklə, Azərbaycan idmançıları turnirdə ümumilikdə 24 medal qazanıblar.
tag: III MDB Oyunları,Boks,Yevlax,Olimpiya,Todaypress.tv,
