Millimiz 10 il sonra dünya çempionu elan edildi
İdman
18.10.2025 16:12
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası 10 il sonra dünya çempionatının qalibi elan edilib.
TodayPress TV prosport.az-a istinadən xəbər verir ki, səbəb ən ağır çəkidə rusiyalı olimpiya, üçqat dünya və Avropa çempionu Bilyal Maxovun qanında dopinq tapılmasıdır.
Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) onu 5 illik cəzalandırıb. Maxovun 10 yanvar 2015-ci ildən 27 yanvar 2020-ci ilədək qazandığı nailiyyətlər sıfırlanıb.
Yunan-Roma güləşində Bilyal Maxovun bürünc medalının əlindən alınması komanda növündə Rusiyanı 2-ci pilləyə endirib. Azərbaycan isə Rusiyanı 1 xal qabaqlayaraq (1 qızıl, 1 gümüş və 1 bürünc medalla 39 xal qazanıb) çempion elan edilib. İndi Rusiya həmin çempionluq kubokunu Azərbaycana, bizim federasiya isə gümüş kuboku qarşı tərəfə verməlidir.
Xatırladaq ki, 2015-ci ildə keçirilən dünya çempionatında Rəsul Çunayev (71 kq) çempion olub, Rövşən Bayramov (59 kq) 2-ci yeri tutub, Saman Təhmasibi (85 kq) isə bürünc medal qazanıb.
Namiq HUN
tag: Yunan-Roma güləşi,Azərbaycan,Yığma komanda,Çempion,Todaypress.tv,
