Fernandu Santuş: “Hər oyundan əvvəl bütün rəqiblərimizi təhlil edirik”
İdman
09.06.2025 17:20
“Macarıstan komandasını tanıyıram, bilirəm ki, yaxşı təşkil olunmuş komandadır. İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis onları çətin qarşılaşmanın gözlədiyini bildirib:
“Heyətdə tək Emil Bədəlov zədəlidir. Sadəcə uzun yoldan gəlmişik. Futbolçular müəyyən qədər yorğundur. Hər oyundan əvvəl bütün rəqiblərimizi təhlil edirik. Macarıstanı da yaxşı təhlil etmişik. Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik. Futbolçularımda yaxşı motivasiya var və inanıram ki, bu hal komandaya müsbət mənada təsir edəcək. Azərbaycan yığmasına qələbə lazımdır. Komanda oyuna hazırdır”.
Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu iyunun 10-da "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.
Namiq HUN
tag: Fernandu Santuş,Baş Məşqçi,Futbol,Milli Komanda,Todayperss.tv,