“Arsenal” Qyokereşlə anlaşdı

İdman

17.05.2025 10:07

4

London təmsilçisi Portuqaliyanın “Sporting” klubunda top qovan isveçli hücumçu Viktor Qyokereşi transfer etməyə hazırlaşır.   

TodayPress TV “A Bola” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 4 və ya 5 illik müqavilə şərtlərində razılıq əldə olunub.   

Hücumçunun illik məvacibi təxminən 8,3 milyon avro olacaq. “Sporting” transferdən 75 milyon avro təzminat əldə edəcək. 

Xatırladaq ki, Viktor Qyokereş “Sporting”ə 2023-cü ilin yayında İngiltərənin “Koventri” klubundan 24 milyon avroya transfer olunmuşdu. O, daha əvvəl Premyer Liqada “Brayton” klubunun heyətində də çıxış edib. 

Qeyd edək ki, cari mövsümdə Qyokereş bütün turnirlərdə 50 oyuna çıxaraq 52 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Sporting”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

Namiq HUN

tag: Arsenal,Qyokereş,Futbol,Transfer,TodayPress.tv,