Ançelotti onu millinin əsas fiquru görmək istəyir

İdman

28.06.2025 10:15

Futbol üzrə Braziliya yığma komandasının baş məşqçisi Karlo Ançelotti 2026-cı il Dünya Çempionatı ilə bağlı Neymar barədə planlarını açıqlayıb.

TodayPress TV “Ge Globo”ya istinadən xəbər verir ki, məşhur italiyalı mütəxəssis 33 yaşlı hücumçunu qarşıdakı mundialda komandanın mərkəzi fiquru etmək niyyətindədir.

“Bəli, mən onunla danışdım. O, bizim yığmamız və Dünya Kuboku üçün çox vacib oyunçudur. Neymar hazırlaşmalı, bunun üçün isə kifayət qədər vaxtı var. Onu Braziliya yığmasının açar oyunçusu etməklə bağlı aydın planımız var,” – deyə Ançelotti bildirib. 

Italiyalı mütəxəssis həmçinin Vinius Juniorun hazırda geyindiyi “10” nömrəli formanı Neymarın daşıya biləcəyini də istisna etməyib: 

“Bu nömrə Braziliya üçün çox şey ifadə edir. Komandamızda onu geyinməyi haqq edən bir çox futbolçu var”.

Xatırladaq ki, Neymar son illərdə ard-arda yaşadığı zədələr səbəbindən sabit oyun nümayiş etdirə bilmir. O, hazırda “Santos” klubunun şərəfini qoruyur.

Namiq HUN

tag: Ançelotti,Neymar,Braziliya,Milli,Todaypress.tv,