Xosep Qvardiolaya fəxri doktor dərəcəsi verildi

İdman

10.06.2025 09:59

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Mançester Universiteti tərəfindən şəhərin inkişafına və futboldan kənar sahələrdəki fəaliyyətinə görə fəxri doktor dərəcəsinə layiq görülüb. 

TodayPress TV xəbər verir ki, fəxri ad, xüsusilə məşqçinin rəhbərlik etdiyi Guardiola Sala Fondu çərçivəsində gördüyü işlərə görə verilib.

Mükafatın təqdimatı zamanı Qvardiolanın Mançester cəmiyyətinə təsiri xüsusi vurğulanıb. 

İspan mütəxəssis çıxışında Mançesterin son doqquz ildə onun üçün evə çevrildiyini bildirib və həm universitetə, həm də “Siti” klubuna dəstəyə görə təşəkkür edib. O, belə nüfuzlu təhsil müəssisəsindən bu cür tanınma almanın onun üçün böyük şərəf olduğunu qeyd edib.

Xatırladaq ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. İspaniyalı mütəxəssis bu müddət ərzində klubla 17 titul qazanıb.

Namiq HUN

tag: Qvardiola,Fəxri,Doktor,Dərəcə,Todaypress.tv,