Aerobika gimnastları Tuluzada 4 medal qazandılar
İdman
19.05.2025 17:55
Fransada aerobika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin Tuluza turnirindən qazancı 4 medal olub.
Millimizin heyətində Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlüyü 19,800 xalla turnirin baş mükafatına sahib çıxıb.
Heyətdə Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyevanın yer aldığı böyüklərdən ibarət qrup 15,118 xalla ikinci yeri tutub.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16,250 xalla turnirin bürünc medalına sahib olub.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17,413 xalla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Namiq HUN
tag: Azərbaycan,Gimnast,Medal,Gimnastika,Todaypress.tv,


