"Admiral" və "Metallurq" arasında mübadilə: O olmasın, bu olsun

İdman

28.07.2025 19:00

Vladivostokun "Admiral" klubu "Metallurq"la hücumçuların dəyişdirilməsi barədə razılığa gəlib.

TodayPress TV xəbər verir ki, razılaşmaya əsasən, "Admiral" hücumçu İqor Geraskinin idman hüquqlarını və maliyyə kompensasiyasını əldə edib.

"Metallurq" isə belaruslu hücumçu Arseniy Kovqorenyanın hüquqlarını alıb.

İqor Geraskinlə "Admiral" arasında bağlanmış müqavilə iki mövsüm müddətinə nəzərdə tutulub.

26 yaşlı Geraskin 2024/25 mövsümündə "Metallurq"un heyətində 71 oyunda iştirak edərək 17 xal (6 qol, 11 məhsuldar ötürmə) toplayıb. Onun faydalılıq əmsalı "-8" olub.

20 yaşlı belaruslu Arseniy Kovqorenya 2025-ci ilin iyun ayında "Admiral"a keçmişdi. O, 2024/25 mövsümündə Minsk "Yunostu" ilə Belarus Ekstraliqasının qalibi olub. Mövsüm ərzində 25 matçda 19 xal (12 qol, 7 ötürmə) toplayıb. Həmçinin Kontinental Hokkey Liqasında "Dinamo"nun heyətində debüt edərək 5 oyunda iştirak edib.

Töhfə Səməd 

tag: Admiral,Metallurq,İqor Geraskin,Arseniy Kovqorenyan,Todaypress.tv,