"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazandı
İdman
13.09.2025 22:35
"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazanıb.
TodayPress TV-nin məlumatına görə, bölgə təmsilçisi IV turda "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma Tovuz klubunun qələbəsi ilə yekunlaşıb.
55-ci dəqiqədə Aleks Souza fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Turan Tovuz" ikinci pillədə qərarlaşıb. Qəbələ təmsilçisi 1 xalla on birinci sıradadır.
Günün ilk matçında "İmişli" "Sumqayıt"ı minimal hesabla (1:0) üstələsə də, Peşəkar Futbol Liqasının əsasnaməsini pozduğu üçün texniki məğlubiyyət alacaq.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.
tag: Turan-Tovuz, Liqa,Qəbələ, İmişli, todaypress.tv,