Açıq havada pumse dərsləri və demo çıxışlar keçirildi

İdman

16.07.2025 13:17

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə pumse üzrə açıq dərs və demo üzrə (nümunəvi çıxış) millinin nümunəvi çıxışları baş tutub.

TodayPress TV xəbər verir ki, açıq havada keçirilən tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Pumse və demo üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında keçirilən pumse üzrə açıq dərsin ardınca demo komandasının üzvləri tatami üzərində xüsusi bacarıqlarını nümayiş etdiriblər. Akrobatik elementlərlə zəngin tullanma zərbələri, çevik hərəkətlər və musiqi ilə sinxron təqdim edilən çıxışlar tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin təşkilində məqsəd gənclər arasında taekvondoya marağın artırılmasına və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.

(İdman.biz)

tag: Taekvando,Açıq Hava,Çıxış,Təlim,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo