Velosipedçimiz Qazaxıstanda bürünc medal qazandı
Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində velosipedçimiz uğurla çıxış edib.
TodayPress TV xəbər verir ki, trek velosipedi üzrə Azərbaycan yığma komandasının üzvü Viktoriya Sidorenko adını turnirin mükafatçıları sırasına yazdırıb.
Təmsilçimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint yarışında bürünc medal qazanıb.
Bu nəticə ilə Viktoriya Sidorenko aktivinə 80 reytinq xalı da əlavə edib.
Namiq HUN
tag: Velosiped,Turnir,Medal,Viktoriya Sidorenko,Todaypress.tv,
