"Sülh Qalxanı – 2026": Azərbaycan hərbçiləri təlimlərə qatılacaq

Hərbi

27.01.2026 18:19

Azərbaycan hərbçiləri 2-3 fevral tarixlərində BƏƏ-də keçiriləcək “Sülh Qalxanı – 2026” əməliyyat-taktiki təlimində iştirak edəcək. Təlimin məqsədi antiterror bacarıqlarını inkişaf etdirmək, sülhün təmininə töhfə vermək və təcrübə mübadiləsi aparmaqdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, BƏƏ-dəki “Sülh Qalxanı” təlimi Azərbaycan ordusunun gücünü və təcrübəsini artırır:


"Azərbaycan hərbçilərinin Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Sülh Qalxanı” əməliyyat-taktiki təlimində iştirakı ordumuzun bacarıqlarını artırmaq, təcrübə toplamaq və sülhün qorunmasına töhfə vermək baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və bu təlimlər onun qüdrətini və təcrübəsini daha da möhkəmləndirəcək".


C.Məmmədov sonda əlavə edib ki, Azərbaycan regionda sülhə töhfə verir:

"Hesab edirəm ki, Azərbaycanın Sülh Şurasına üzvlüyü və bu prosesdə iştirakı regionda sülhün güclənməsinə, bacarıq və strategiyasının inkişafına imkan yaradır. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə birlikdə sülhün təsisçilərindən biridir və ordumuz yüksək hazırlıq və təcrübəyə malikdir. Bu təlimdə iştirak ordumuzu daha da gücləndirəcək və strateji imkanlarımıza mühüm töhfə verəcək".

Jalə Rövşən

TodayPress TV

tag: Azərbaycan ,Region,Təlim,BƏƏ,Sülh Qalxanı – 2026,Ceyhun Məmmədov,Todaypress.tv,