Mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olundu

Mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olundu
25.12.2025 21:30 Hərbi
Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Zaqatala Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Nazirliyin Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, tədbirlərdə FHN Şimal-qərb Regional Mərkəzinin və sözügedən rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.

Müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər