Müdafiə Nazirliyinin rəhbərliyi hospitalı ziyarət etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hospitalı ziyarət etdi
26.06.2025 13:21 Hərbi

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib. 

Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. 

Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmətlərini davam etmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib. 

Hər zaman hərbçilərin müayinə və müalicəsinə xüsusi diqqət və həssaslıqla yanaşan Baş Klinik Hospitalın peşəkar tibb personalının xidmətləri yüksək qiymətləndirilib. 

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər