Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi

Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi
23.06.2025 13:40 Hərbi

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi qulluqçuların, bir sıra media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib. 

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə 2025-ci ilin birinci yarısında Müdafiə Nazirliyində görülən işlər barədə ümumi hesabat məlumatları elan olunub.

Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq cari ilin birinci yarımilində icra edilmiş müvafiq fəaliyyətlər diqqətə çatdırılıb.

Ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi, strateji kommunikasiya sahəsinin də dövrün tələbləri və müasir yeniliklər çərçivəsində inkişaf etdirildiyi qeyd olunub.

Daha sonra tədbir iştirakçılarına “Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda ətraflı məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri və qəbul qaydalarından danışılıb.

Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

FOTOLAR

Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi — 1
Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi — 2
Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər