Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi

Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi
09.10.2025 12:40 Hərbi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, başsağlığında deyilir: "Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin Orakzay rayonunun ərazisində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər