Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında oldu

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında oldu
26.06.2025 12:15 Hərbi

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib. 

Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, rəhbər heyət Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib. 

Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub. 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər