Dövlət Agentliyində kollegiya iclası keçirildi

Dövlət Agentliyində kollegiya iclası keçirildi
31.01.2026 10:30 Hərbi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Dövlət Agentliyin rəisi general-mayor Sərdar Səfərov ötən ilin yekunları ilə bağlı çıxış edib.

Kollegiya iclasında hesabat dövründə qurumun struktur bölmələri tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib, 2026-cı ildə Dövlət Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası, hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlığının daha da gücləndirilməsi istiqamətində atılmalı olan addımlarla bağlı zəruri tapşırıqlar verilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər