Başqalarına qadağandır! Amerika ordusunun DAYAĞI: F-22 “Raptor”!

Hərbi

25.11.2025 13:54

ABŞ-nin F-22 “Raptor” qırıcı təyyarəsi beşinci nəsil, iki mühərrikli və “stealth” xüsusiyyətli hava üstünlüyü platformasıdır. 


TodayPress TV məlumat verir ki, qırıcı “Lockheed Martin” şirkəti tərəfindən Advanced Tactical Fighter proqramı çərçivəsində hazırlanaraq 2005-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib. 

Qırıcı təyyarənin ilk uçuşu 1997-ci ildə baş tutub. 


F-22 “Raptor” 1996–2011-ci illər arasında ümumilikdə 195 ədəd istehsal edilib.   

Təyyarə “Pratt & Whitney” turbofan mühərrikləri ilə təchiz olunub. Bu mühərriklər “thrust vectoring” sistemi sayəsində yüksək manevr etmək qabiliyyətinə malikdir. Bu, F-22-nin supersonik sürətə çatmasına imkan verir. Təyyarə daxili silah bölməsində 6 AIM-120 AMRAAM və 2 AIM-9 Sidewinder raketi, eləcə də hava-yer zərbələri üçün GBU-32 JDAM (Cey-Dam) bombaları daşıya bilir. “Sensor fusion” sistemi isə pilot üçün ümumi döyüş mənzərəsi yaradır. 

F-22-nin ixracı ABŞ qanunları ilə qadağan olunub. Məqsəd “stealth” texnologiyası və kritik sistemlərin digər ölkələrə keçməsinin qarşısını almaqdır. Həmçinin ixrac üçün modifikasiya edilmiş versiyanın hazırlanması xərcləri çox yüksəkdir.


Təyyarə ilk dəfə döyüş şəraitində 2014-cü ildə Suriyada İŞİD hədəflərinə qarşı hava zərbələrində öz effektivliyini göstərib. Bundan əlavə, qırıcı yüksək riskli hava məkanlarının qorunması və patrul missiyalarında mühüm rol oynayır.

İlk illərdə F-22 “Raptor”un pilotlarda hipoksiya simptomları müşahidə olunub. Bu problem sonradan oksigen təminatı sistemi və bəzi avadanlıqlarda texniki yeniləmələr ediməklə aradan qaldırılıb.

“Stealth” örtüyü olan RAM — Radar Absorbent Material xüsusi texniki xidmət tələb edir və bu, F-22-nin qulluq müddətini uzadan əsas amillərdəndir.

Təyyarə haqqında məlumatların internetdə nisbətən az olması onun məxfi komponentləri və bəzi texniki detalların açıqlanmaması ilə bağlıdır. F-22 supersonik imkanları, thrust vectoring sistemi və yüksək texnoloji avionikası ilə bu gün də dünyanın ən güclü qırıcılarından biri sayılır.


Nəticə etibarilə, F-22 ABŞ-nin hava üstünlüyünü təmin edən əsas platformalardan biridir və yüksək servis dəyəri, məhdud istehsal sayı və ixrac qadağası səbəbi ilə yalnız Birləşmiş Ştatlar ordusunun istifadəsində qalıb.

Nicat Osman

TodayPress TV

tag: F22 Raptor,Qırıcı,Təyyarə,ABŞ,Todaypress.tv,