Azərbaycan və Serbiya HHQ arasında görüş keçirildi
Hərbi
24.06.2025 12:48
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.
TodayPress TV xəbər verir ki, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.
tag: Azərbaycan,Serbiya,HHQ,Görüş,Todaypress.tv,
