MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənildi

Hərbi

30.07.2025 17:18

Abituriyentlərə ixtisas seçimində dəstək göstərmək məqsədilə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb. 

TodayPress TV xəbər verir ki, sərgidə MMU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quran ziyarətçilərə ali təhsil müəssisəsində mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı məlumatlar verilərək bukletlər paylanılıb, həmçinin maraq doğuran suallar cavablandırılıb.

MMU-nun təqdim etdiyi stend qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

tag: MMU,Stend,DİM,Sərgi,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo