Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirildi

Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirildi
30.06.2025 12:23 Hərbi

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim olunub.

Sonra qonaqlar ƏİK taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar.

Nümayəndə heyətinə ƏİK bölmələri haqqında brifinq təqdim olunub, qonaqlar silah və texnikayla tanış olublar. 

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb.

FOTOLAR

Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirildi — 1
Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirildi — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər