Azərbaycan Ordusunun N hərbi hissəsində taktiki təlim keçirildi

Azərbaycan Ordusunun N hərbi hissəsində taktiki təlim keçirildi
13.01.2026 10:14 Hərbi

Azərbaycan Ordusunun N hərbi hissəsinin taktiki təlimi keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.

Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

TodayPress TV

FOTOLAR

Azərbaycan Ordusunun N hərbi hissəsində taktiki təlim keçirildi — 1
Azərbaycan Ordusunun N hərbi hissəsində taktiki təlim keçirildi — 2
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər