Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək
27.01.2026 11:53 Hərbi

Birləşmiş Ərəb Əmirliklərində “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlim təşkil olunacaq 

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən bildirilib.

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.

Təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

Qeyd edilib ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.

TodayPress TV

FOTOLAR

Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək — 1
Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək — 2
Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək — 3
Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək — 4
XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər