Zabil Qəhrəmanov haqda qərar verildi

Hadisə

25.10.2025 23:00

Ötən gün saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanov barəsində cinayət işi başlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə onun vəkili Səadət Seyidli məlumat verib.

Vəkilin sözlərinə görə, həmkarı Cinayət Məcəlləsinin 221.2.2-ci ( xuliqanlıq-hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. Hadisə Göygöldə baş verib. Z.Qəhrəmanovun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirdiyi bildirilir.

Vəkilin təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 221.2.2-ci maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur.

TodayPress TV

tag: Vəkil, Zabil Qəhrəmanov, Cinayət, Həbs, todaypress.tv,