Ucarda transformator yanğını söndürüldü - YENİLƏNDİ
Hadisə
01.06.2025 10:40
Bu gün səhər saatlarında Ucar rayonunun Müsüslü kəndində yerləşən 110/10 kilovoltluq dartı yarımstansiyasında yanğın baş verib. İlkin məlumata görə, yanğın 10 min kilovat gücündəki transformatorda başlayıb.
TodayPress TV xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb və söndürülüb. Nəticədə daha böyük fəsadların qarşısı alınıb.
Nəticədə yarımstansiyanın fəaliyyətində fasilə yaranıb. Bu səbəbdən Müsüslü də daxil olmaqla ətrafdakı beş kənd hazırda elektrik enerjisiz qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və elektrik enerjisinin bərpası istiqamətində təmir-bərpa işləri aparılır.
Hazırda yanğının dəqiq səbəbi və vurulan maddi ziyanın həcmi araşdırılır.
09:25
Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, kəndlər işıqsız qalıb.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.
Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
tag: Ucar,Yanğın,Hadisə,Elektrik,Müsüslü,todaypress.tv,