Bir ayda sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutuldu

Hadisə

01.07.2025 11:34

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 596 min 391 manat оlan qaçaqmal aşkarlanaraq götürülüb.

Bu barədə TodayPress TV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, о cümlədən istifadəyə yararsız avtomat silahı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 391 kiloqram 268 qram narkоtik vasitə, 2018 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb qanunsuz dövriyyədən çıxarılmış ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 20 ton 331 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

tag: DSX,Sərhəd,Pozuntu,Saxlanılma,Todaypress.tv,