Zelenskinin köməkçiləri ilə Uitkoff arasında əlaqə olduğu açıqlandı

Dünya

14.08.2025 17:28

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında mümkün “ərazi mübadiləsi” barədə bəyanatından sonra Ukrayna lideri Volodimir Zelenski köməkçilərinə vəziyyəti dəqiqləşdirməyi tapşırıb.

TodayPress TV xəbər verir ki, “The New York Times”ın məlumatına görə, Zelenskinin köməkçiləri Avropa İttifaqı ölkələrinin nümayəndələri, həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlayıblar.

Lakin Uitkoffun izahları ilk mərhələdə onlar üçün aydın olmayıb.

Kiyevdə çalışan bir Avropa diplomatı bildirib ki, Uitkoffun mümkün “ərazi mübadiləsi” ilə bağlı açıqlamaları “qarışıq” olub. Bu səbəbdən vəziyyəti dəqiqləşdirmək üçün ertəsi gün əlavə telefon danışığı aparılıb.

Məqalədə qeyd olunur ki, ikinci zəngdən sonra məlum olub ki, Rusiya əslində heç bir torpaqdan imtina etməyi təklif etmir, əksinə, Donbas bölgəsindəki ərazilərin Ukrayna tərəfindən buraxılmasını və atəşkəs müqabilində bunu qəbul etməsini tələb edir.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Ukrayna ,Rusiya,Todaypress.tv,