Almaniya əksər sığınacaq müraciətlərini rədd edəcək

Dünya

03.06.2025 14:51

Almaniya hökuməti Berlin İdarəetmə Məhkəməsinin qərarına baxmayaraq, sığınacaq axtaranların əksəriyyətinə imtina verməyə davam edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts “Bild” qəzetinə açıqlamasında deyib.

“Avropa İttifaqının yeni qaydaları ilə sərhədlərdə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmayana qədər daxili sərhədlərdə nəzarəti davam etdirməliyik”, – deyə kansler bildirib.

Merts qeyd edib ki, Berlin İdarəetmə Məhkəməsi bəzi hallarda Almaniya sərhədində qaçqınların ölkəyə buraxılmamasını qanunsuz hesab etsə də, hökumət hələ də mövcud Aİ qanunvericiliyinə əsaslanaraq bəzi müraciətləri rədd edə bilər.

Onun sözlərinə görə, bu addım ictimai təhlükəsizlik və asayişin qorunması, eləcə də şəhərlərin və bələdiyyələrin yüklənməsinin qarşısını almaq məqsədi daşıyır.

Xatırladaq ki, bundan əvvəl Almaniyada müvəqqəti müdafiə statusuna malik qaçqınların ailə birləşməsinə qadağa qoyulması ilə bağlı qanun layihəsinin hazırlandığı bildirilmişdi.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Berlin,Almaniya,Aİ,todaypress.tv,