ABŞ Ukraynaya yeni silah tədarükünü müzakirə edəcək

Dünya

08.07.2025 11:25

ABŞ Milli Təhlükəsizlik Şurası (NSC) iyulun 8-də Ukraynaya yeni silah tədarükü məsələsini müzakirə etmək üçün iclas keçirəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, iclas Ukrayna üçün növbəti mərhələdə hansı növ silahların göndəriləcəyini və ABŞ-nin yardım strategiyasının necə davam edəcəyini müəyyənləşdirmək məqsədi daşıyır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynaya silah yardımının davam edəcəyini və bunun sırf “müdafiə xarakterli” olduğunu bəyan edib.

O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin savaşı dayandırmamaq qərarı onu məyus edib.

Qeyd edək ki, ABŞ və NATO ölkələri son aylarda Ukraynaya müdafiə texnikası, hava hücumundan müdafiə sistemləri və sursat göndərilməsi ilə bağlı yeni təşəbbüslər irəli sürüb.

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Ukrayna,Rusiya,Todaypress.tv,