Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi
Dünya
06.11.2025 16:10
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı bir neçə yeni sanksiya qərarı imzaladığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, dövlət başçısı bu barədə öz "Telegram" kanalında məlumat verib.
Prezidentin sözlərinə görə, Kiyev Arktika regionunda fəaliyyət göstərən rus subyektlərinə də məhdudiyyətlər tətbiq edib. O əlavə edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasına Rusiya təbliğatı, hərbi istehsalında iştirak edən müəssisələr və onlarla əməkdaşlıq edən şəxslərlə bağlı yeni qərarlar hazırlamaq tapşırılıb.
Zelenski həmçinin Rusiyanın Ukraynanın Baş nazir müavini Yuliya Svırıdenko və digər rəsmilərə qarşı tətbiq etdiyi məhdudiyyətlərə “sanksiya cavabı” veriləcəyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 30-da Ukraynanın Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığı açıqlanıb. Yeni məhdudiyyətlərin Rusiyanın hərbi-sənaye kompleksi və media fəaliyyətinə yönələcəyi bildirilir.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,Sanksiya,Məhdudiyyət,Todaypress.tv,
