ABŞ-də "WhatsApp" qadağan edildi

Dünya

24.06.2025 16:05

ABŞ Konqresinin Nümayəndələr Palatası əməkdaşlarına "WhatsApp" messencerindən iş mobil telefonlarında və fərdi kompüterlərində istifadə qadağan olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Kibertəhlükəsizlik İdarəsi "WhatsApp" tətbiqini istifadəçilərin şəxsi məlumatlarının qorunması baxımından yüksək riskli hesab edir:

“Tətbiqin istifadəçi məlumatlarını necə qoruduğu ilə bağlı şəffaflığın olmaması, saxlanılan məlumatların şifrələnməməsi və istifadə ilə bağlı potensial təhlükəsizlik riskləri” əsas narahatlıq səbəbləri kimi göstərilib.

Nümayəndələr Palatasının inzibati direktoru Ketrin Şpindor əməkdaşlara alternativ olaraq "Microsoft Teams", "FaceTime" və digər təhlükəsiz platformalardan istifadə etməyi tövsiyə edib.

Töhfə Səməd 

tag: ABŞ ,Nümayəndələr Palatası,WhatsApp,Todaypress.tv,