Zelenski Nikuşor Danı təbrik etdi

Dünya

19.05.2025 10:12

6

Ukrayna prezidenti Volodimir Zelenski Rumıniyada keçirilən prezident seçkilərində qələbə qazanan Buxarest meri Nikuşor Danı təbrik edib və iki ölkə arasında tərəfdaşlığın inkişafına ümidini ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində paylaşım edib. 

“Rumıniya prezident seçkilərində tarixi qələbə münasibətilə Nikuşor Danı təbrik edirəm. Ukrayna üçün qonşu və dost kimi Rumıniyanın etibarlı tərəfdaş olması çox vacibdir. Əminik ki, belə də olacaq. Birlikdə çalışaraq həm ölkələrimizi, həm də Avropamızı gücləndirə bilərik” deyə Zelenski qeyd edib.

O, Ukraynanın Rumıniyaya və onun xalqının seçiminə böyük hörmətlə yanaşdığını vurğulayıb. Prezident, həmçinin, iki dost ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Qiymət Mahir

tag: Ukrayna,Volodimir Zelenski, Rumıniya,Seçki,todaypress.tv,