Zelenski Kurskun işğalının ildönümü ilə bağlı müraciət etdi

Dünya

06.08.2025 12:20

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq bir ildən çoxdur Rusiyanın Kursk və Belqorod vilayətlərində aktiv əməliyyatlar həyata keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə o, 6 avqust tarixində – həmin ərazilərə ilk hücumun ildönümündə “Telegram” kanalında paylaşım edib.

Zelenskinin sözlərinə görə, Ukrayna bütün dünyaya sübut edib ki, Rusiyaya layiqli cavab vermək və onu geri çəkilməyə məcbur etmək mümkündür. O iddia edib ki, beynəlxalq kəşfiyyat orqanları bu hücumu proqnozlaşdıra bilməyib, Rusiya isə belə bir gedişi gözləmirmiş.

“Dünyada bir çoxları vəziyyətin çıxılmaz olduğunu düşündüyü zaman, ukraynalılar öz müstəqilliklərini qorumağa və Rusiyanı müharibəni bitirməyə məcbur etməyə davam edəcəklərini göstərdilər”, – deyə Zelenski yazıb.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski,Rusiya,Kursk,Todaypress.tv,