Baydenin keçmiş köməkçisi Ukraynaya silah tədarükündən danışdı

Dünya

18.10.2025 14:30

"Rusiya prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığından sonra Ukraynaya silah tədarükü ilə bağlı danışıqların təxirə salınacağına ümid edirəm".

TodayPress TV "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Co Baydenin keçmiş köməkçisi və RT-nin köşə yazarı Tara Ride deyib.

Ride qeyd edib ki, ölkələr arasında dialoq və diplomatiya mövcud olduğu müddətdə vəziyyət “gözəl və ümidvericidir”. O, həmçinin hesab edir ki, Amerika və Rusiya nümayəndə heyətləri arasında təmaslar gələcək sülh danışıqlarına yol aça bilər.

Xatırlaadq ki, Tramp hazırda Kiyevə Tomaqavk qanadlı raketləri vermək niyyətində olmadığını və Vaşinqtonun prioritetinin diplomatiya olduğunu vurğulayıb.

Zelenski isə ABŞ-nin pilotsuz təyyarələri ilə "Tomaqavk" raketlərinin dəyişdirilməsini təklif edərək hər iki tərəfin hərbi potensialını gücləndirə biləcəyini bildirib.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ Prezidenti Donald Tramp,Vladimir Putin,Tara Ride,Ukraynaya silah tədarükü,Todaypress.tv,